Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində işğaldan azad edilmiş ərazilərə geri qayıdan əhaliyə dəstək məqsədilə xüsusi “Qaynar xətt” yaradılıb.
Dövlət Komitəsindən hafta.az-a bildirilib ki, “Qaynar xətt”in iş qaydası haqqında ilkin olaraq komitə əməkdaşları təlimatlandırılıb.
Supervayzer Emin Mahmudov onlara yeni yaradılmış qaynar xəttin iş prinsipi haqqında ətraflı məlumat verib. Bildirilib ki, vətəndaşlar həm işğaldan azad edilmiş ərazilərə qayıdışla, həm də Dövlət Komitəsinin digər fəaliyyət istiqamətləri ilə bağlı məlumat və müraciətlər üçün bütün telefon rabitəsi operatorları vasitəsilə 1657 nömrəsini yığmalıdırlar.
Zənglərə avtomatlaşdırılmış qaydada cavab veriləcək.